Ümümi respublika üzrə 105000 uşaq məktəbəqədər hazırlıqda oxuyur

12:27 02.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Beşinci ildir ki 1-ci sinfə elektron qaydada həyata keçiriləcək. Bura özəl və dövlət müəssisələri daxildir. Bütün məktəblərə hazırlıq elektron qaydada olduğu üçün valideynləri maraqlandıran suallar yaranır. 1-ci sinfə hazırlıqda oxuyan uşaqlar avtomatik olaraq eyni məktəbdə oxuya biləcəklər. Uşağın şifahi dildə bacarıqları yoxlanılır. Məktəbəqədər hazırlıq qrupda oxuyan uşaqlar şəxsi kabinetinə daxil olub 1-ci sinfə qəbul prosesini apara biləcəklər.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bu fikirləri keçirilən mətbuat konfransında Bakı Şəhər Təhsil İdarəsinin sədr müavini İlhamə Abudllayeva bildirib.

Onun sözlərinə görə, bu ilk yenilik odur ki, hər hansə valideyn gecikmə prosesi olmasın deyə özləri üçün şəxsi kabinet yarada biləcəklər:

"Bütün ölkədə müsahibə komissiyaları yaradılıb. Aprelin 1-dən müsahiblər başlayacaq. Yenilik odur ki, istənilən vətəndaş ərazidə olan məktəbdə yer saxlaya bilir. Təhsil Nazirliyinə tabe lisey, gimnaziyalarda Azərbaycan bölməsində valideyn yalnız övladının sənədlərini təqdim edir. Valideyn övladı üçün TN tabe rus bölməsi istəyirsə müsahibədən keçdikdən sonra onun müraciətinə baxılır. Ümümi respublika üzrə 105000 uşaq məktəbəqədər hazırlıqda oxuyur. Bu o deməkdir ki, 1-ci sinfə bu qədər uşaq müraciət edəcək".